Ötən gün sosial şəbəkələrdə hüquq mühafizə orqanları tərəfindən Quba Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə məlumat yayılıb. “Qafqazinfo” məsələylə bağlı icra hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, hazırda icra başçısı öz işinin başındadır: “Yayılan məlumatlar həqiqəti əks etdirmir”. Qeyd edək ki, yayılan məlumatlarda icra başçısı Ziyəddin Əliyevin bir neçə şəxsə məxsus əmək haqlarını mənimsədiyi iddia edilirdi.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?