guzgupress.com » Səhiyyə » Səhiyyə Nazirliyi: Azərbaycanda qriplə bağlı epidemioloji vəziyyət sabitdir
Səhiyyə Nazirliyi: Azərbaycanda qriplə bağlı epidemioloji vəziyyət sabitdir
Tarix : 24-09-2019, 09:56Bölmə :Səhiyyə Rəylər : 0
Səhiyyə Nazirliyi ölkədə respirator virus infeksiyalarına yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır. Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir: "Mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, ancaq yoluxma sayında artım yoxdur".
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?