Yer kürəsinin ən böyük aysberqi dağılmağa başlayıb
Tarix : 27-04-2020, 11:00Bölmə :Maraqlı Rəylər : 0
Antarktida sahillərində yerləşən dünyanın ən böyük aysberqi dağılmağa başlayıb. BBC agentliyi xəbər verir ki, bu barədə Böyük Britaniyanın Suonsi Universitetinin tədqiqatçıları məlumat yayıb. A-68 aysberqinin 175 kvadrat metr sahəyə malik hissədən məhrum olması onun tamamilə əriməsinə səbəb ola bilər. Aysberq 2017-ci ilin iyulunda Larsen buzlağından qopub. O vaxt aysberqin sahəsi 5,8 min kvadrat metr təşkil edirdi ki, bu da Lüksemburqunsahəsindən iki dəfə böyükdür.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?