Milli Məclisin deputatı Vüqar İskəndərov Qırğız Respublikasında keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcək. Deputatımız TÜRKPA Beynəlxalq MüşahidəçilərMissiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək. Səfər aprelin 14-də başa çatacaq.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?