guzgupress.com » Siyasət » Millət vəkili Vüqar Bayramov: -"İşğaldan azad olunmuş torpaqlarımızda tezliklə həyatın və gülüşün qaytarılmasını müşahidə edəcəyik!"
Millət vəkili Vüqar Bayramov: -"İşğaldan azad olunmuş torpaqlarımızda tezliklə həyatın və gülüşün qaytarılmasını müşahidə edəcəyik!"
Tarix : 15-12-2020, 09:42Bölmə :Siyasət Rəylər : 0
"Azərbaycanda belə möhtəşəm tədbirin keçirilməsi olduqca qürurvericidir. Nəzərə alsaq ki, hər birimiz uzun müddətdir məhz Qələbə Paradının həsrətindəydik, eyni zamanda nəzərə alsaq ki, mən uzun illərdir məcburi köçkün rayonu olan və artıq məcburi köçkün rayonu olmayan Füzuli rayonunu Parlamentdə təmsil edirəm, bizim üçün ikiqat sevinc, qürür hissi idi bu parad. Bir tərəfdən işğal altındakı torpaqlarımız azad olunub, digər tərəfdən ata-baba yurdumuz artıq azaddır. Biz məcburi köçkün deyilik. Belə qürurverici günü bizə yaşatdığına görə müzəffər Ali Baş Komandanımıza, eləcə də rəşadətli Ordumuza minnətdarıq." Bu sözləri dekabrın 10-da Azərbaycanın paytaxtı Bakı şəhərində, Azadlıq Meydanında keçirilən Qələbə Paradıyla bağlı fikirlərini öyrənərkən, millət vəkili Vüqar Bayramov dedi. O, əlavə etdi ki, bu artıq ölkəmizdə yeni mərhələnin başlanması anlamına gəlir. Çünki Azərbaycan artıq Qələbə Paradından sonra quruculuq mərhələsinə keçid alır. Uzun müddət işğal altında olan torpaqlarımız xain düşmən əlilə dağıdılıb. Həmin ərazilərimizdə iqtisadiyyatın inkişafı və infrastrukturun bərpa edilməsi, həyatın-gulüşün qaytarılması naminə zəruri olan bütün addımlar atılacaq. Paradda cənab Prezident çıxışında da qeyd elədiyi kimi, qısa müddətdə həyatın və gülüşün uzun müddət işğal altında olan ərazilərimizdə qaytarılmasını müşahidə edəcəyik. Sonra millət vəkili erməni təxribatı nəticəsində Araz çayına zərərli və zəhərli mayenin axıdılması ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, bu tipli hadisələr əvvəlki dövrlərdə də olmuşdur. Nəzərə alaq ki, bu gün Azərbaycanda formalaşan suların əhəmiyyətli hissəsinin mənbəyi xarici ölkələrdədi. Onların böyük bir qismi Ermənistan ərazisindən Azərbaycana daxil olur. Əslində beynəlxalq konvensiyalar bu tip halları qadağan edir və bu baxımdan çox vacibdir ki, Ermənistan beynəlxalq konvensiyaların tələblərinə əməl etsin. Xüsusən, mənbə və tranzit ölkə hesab olunaraq suların çirkləndirilməsi arzu olunan nəticə deyil. Əgər bu hal davamlı olarsa, o zaman Azərbaycan beynəlxalq konvensiyaların verdiyi hüquq çərçivəsində bu tip problemin həllinə çalışacaq.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?