guzgupress.com » Siyasət » "Ötən gün düşmən 6 şəhərimizə 500-ə yaxın mərmi atıb" - Hikmət Hacıyev
"Ötən gün düşmən 6 şəhərimizə 500-ə yaxın mərmi atıb" - Hikmət Hacıyev
Tarix : 21-10-2020, 09:33Bölmə :Siyasət Rəylər : 0
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 20-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi hədəfə alması ilə bağlı məlumat paylaşıb. H.Hacıyev bu barədə rəsmi "twitter" hesabında bildirib ki, oktyabrın 20-də düşmənin yaşayış məntəqələrimizi və mülki şəxsləri atəşə tutmaqda davam edib: "Ümumilikdə 6 şəhərə 498 mərmi atılıb. 4 raket və 3 dron hücumu olub. Tərtər rayonuna 423, Ağdama 49, Ağcabədiyə 24, Goranboya isə 2 mərmi düşüb. Həmçinin Naftalan-Goranboy ərazisinə "Smerç" raketləri atılıb. Yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb".
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?