Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edildi
Tarix : 1-06-2019, 19:35Bölmə :İqtisadiyyat Rəylər : 0
03 iyun 2019-cu il tarixdən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilir. Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcəkdir. Plastik kartlar Bakı-sərn. stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər. Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?