Bir sıra sahələrdə işçi sayı məhdudiyyətləri ləğv olundu
Tarix : 10-08-2020, 10:50Bölmə :İqtisadiyyat Rəylər : 0
Bu gündən bəzi sahələrdə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olunub. Bəzi sahələrdəki işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilib. Bu sahələrə aşağıdakılar daxildir: - Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; - Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; - Mühəndislik və layihələndirmə xidmətləri; - Qablaşdırma məhsullarının istehsalı; - Daş, metal və taxta məhsullarının istehsalı; - Mebel istehsalı və təmiri; - Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; - Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; - Onlayn satışlar; - Kimyəvi təmizləmə; - Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; - Avtomobillərin təmiri; - Avtomobil yuyulma məntəqələri; - Heyvan sığınacaqları; - Tərcümə xidmətləri.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?