Tarix : 11-03-2020, 18:09Bölmə :İqtisadiyyat Rəylər : 0
Neftin ucuzlaşması fonunda manat üçün hər hansı ciddi təhlükə yoxdur. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı cəmiyyətdə yaranan təşvişdən danışarkən bildirib. Onun sözlərinə görə, hökümət tərəfindən bütün lazımi addımlar atılır. Elman Rüstəmov bəzi bankların kifayət qədər vəsait almaq üçün resursu olmadığını, buna görə valyuta satmadığını bildirib. Eyni zamanda, banklarda əhaliyə göstərilən xidmət 10 dəfədən çox artıb ki, bu da vaxtında xidmət göstərməkdə problemə səbəb olub. Elman Rüstəmov bildirib ki, neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirini minumuma endirəcək planlar var və artıq onların tətbiqinə başlanıb. O, Azərbaycanda maliyyə və makroiqtisadi sabitliyin hökm sürdüyünü, hökümətin suni inflyasiyaya səbəb olan hərəkətlərə yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcəyini də bildirib.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?