Braziliyada keçirilən qadın futbolçular arasında "Flamenqo” – "Qremino” oyunu tarixə düşüb. APA-nın məlumatına görə, Rio ştatının çempionatında baş tutan oyunda ev sahibləri 56:0 hesabı ilə qalib gəlib. Bu, Braziliya çempionatlarında ən böyük hesabdır. Ümumilikdə isə "Flamenqo”nun qələbəsi futbol tarixində rəsmən qeydə alınan ikinci ən böyük nəticə olub. Mütləq rekord Madaqaskar çempionatına məxsusdur. 2002-ci ildə "Adema” "Lemirn”i 149:0 hesabı ilə məğlub edib. "Flamenqo”ya qədər ikinci sırada Avstraliya yığması qərarlaşmışdı. 2001-ci ildə baş tutan görüşdə avstraliyalılar Amerika Samoasını 31:0 hesabı ilə yenib.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?