İspaniya Primerasının 2-ci turunda hücumçu Antuan Qrizmannın dublu "Barselona”ya "Betis” üzərində qələbə qazamanqda kömək edib – 5:2. Vurduğu 2 top 28 yaşlı fransalı üçün "Barselona”nın heyətində ilk rəsmi qollarıdır. Qrizmandan başqa kataloniyalıların heyətində Karles Peres (56), Jordi Alba (60) və Aleks Vidal (77) fərqləniblər. "Betis”in 2 topunu Nabil Fekir (15), və Lorenso Qarsia (79) vurublar. Xatırladaq ki, La Liqanın ilk turunda "Barselona” səfərdə "Atletik”a məğlub olub (0:1).
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?