"Real Madrid" komandası İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Leqanes"i qəbul edib. Oyun qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Xavyer Eraso (31-ci dəqiqə) və Qabriel (55-ci dəqiqə) fərqləniblər. Meydan sahiblərindən Kərim Benzema seçilib (51-ci dəqiqə). Xatırladaq ki, komandalar arasında ilk oyun yanvarın 18-i baş tutmuşdu və "Real"ın 1:0 hesablı qələbəsi ilə bitmişdi. Beləliklə, səfərdə vurulan qolların hesabına "Leqanes" komandası İspaniya Kubokunun yarımfinalına yüksəlib.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?