Ötən gün meyiti tapılan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi keçirilib. Mərhum pilotla vida mərasimi Yeni Yasamalda yerləşən evinin həyətində başlayıb. R.Atakişiyevlə rəsmi vida mərasimi daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam etdirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vida mərasimində iştirak edib. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn olunub. Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?