"S-350 Vityaz” hava hücumundan müdafiə sistemlərinin batareyaları Rusiya Hərbi Aviasiya Qüvvələrinin arsenalına daxil edilib. Bu barədəRusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, batareyalar Sankt-Peterburqun Qatçina bölgəsindəki hava hücumundan müdafiə alaylarının təlim mərkəzinə göndərilib. Burada batareyalar ilə düşməni təsbit və məhv etmək əmrləri yerinə yetirilib. Qeyd edək ki, "S-350 Vityaz” batareyaları hücum raketlərinin dəf edilməsində Rusiya Hərbi Aviasiya Qüvvələrinin faydalılığını 2-2,5 qat artıracaq. "S-350 Vityaz” qurudakı mülki hədəfləri, sənaye müəssisələri və strateji hərbi nöqtələri hücumlara qarşı əhəmiyyətli dərəcədə qorumaq potensialına malikdir. "Almaz-Antey” şirkəti tərəfindən istehsal edilən şaquli raket borusu və son dərəcə güclü funksiyalara sahib çoxistiqamətli radiolakasiya sistemi ilə təchiz edilmiş "S-350” ABŞ-ın "Patriot” raketlərinin də daxil olduğu bir çox hava hücumundan sistemlərdən fərqlənir./publika.az
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?