Qax rayonunda orta məktəb binasında yanğın olub. Rayonun Marsan kəndində ümumi sahəsi 3200 m2 olan ikimərtəbəli məktəb binasının birinci mərtəbəsində yerləşən idman zalının döşəməsi 2 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?