Bu gün Bakıda dəhşətli qətl törədilib. Publika.az-ın əldə etdiyi məlumata görə, Binə qəsəbəsində 1962-ci il təvəllüdlü Məhərrəmov Firdovsi Əkbər oğlu oğlunun həyat yoldaşı 1989-cu il təvəllüdlü Cəmiləni baltalayıb. Ağır zərbələr alan 30 yaşlı C.Məhərrəmova hadisə yerində vəfat edib. Hadisəni törədən şəxs tutulub. Onun qətli qısqanclıq zəminində törətdiyi, hadisə vaxtı qadının övladlarının evdə olduğu bildirilir.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?