Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yanğın olub. FHN xəbər verir ki, nəticədə 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?