Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Qaraqaşlı kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, bu sahədə mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib. Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində qanunamüvafiq tədbir görülüb
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?