Zaqatalada minik avtomobili üç piyadanı vurub. Hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib. Belə ki, Şəki rayon sakini, 1997-ci il təvəllüdlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurularaq müxtəlif dərəcəli bədən xəsarətləriylə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Piyadaların vəziyyətlərinin orta-ağır olduqları bildirilir. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?