Cənubi Koreyanın Miryan şəhərində xəstəxanada yanğın olub. "Sejong” xəstəxanasında baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 77 nəfər yaralanıb. Yanğın baş verən vaxt xəstəxanada təxminən 100 xəstə olub. 52 nəfər digər xəstəxanalara köçürülüb. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?