Fransa, İsveçrə, Avstriya, Çexiya cə Slovakiyaya rəngli qar yağıb. Narıncı, sarı və çəhrayi yağıntı Sahara səhrasındakı güclü küləklərin nəticəsi olub. Xarici saytların Slovakiya Hidrometeorologiya İnstitutuna istinad edərək yazdıqları kimi, Saharadan qalxan toz Aralıq dənizi vasitəsilə Avropa ərazilərinə çatıb. Güclü külək səbəbindən çox sayda qum toz hissəcikləri havaya qalxıb. Qum başqa bir qitəyə çatıb və havada qarla qarışıb. Yalnız qar deyil, göy də narıncı rəngə boyanıb. Narıncı qar xizəksürmə yamaclarını və evləri daha mənzərəli göstərib. Avropanın sakinləri rəngli qardan heç narahat olmayıblar və hətta qış idman növlərini sevənləri buna görə daha da seviniblər.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?