Tunisin xüsusi xidmət orqanları "Əl-Qaidə" terror qruplaşmasının başçılarından birini saxlayıblar. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Məlumatda bildirilir: "Terrorizmlə mübarizə və terror hücumlarının qarşısının alınması üzrə ümummilli səylərin bir hissəsi olaraq... Tunisdəki "Əl-Qaidə" qruplaşmasının liderlərindən biri olan təhlükəli bir terrorçu saxlanılıb". Qeyd edilir ki, saxlanılan şəxs qaynar nöqtələrdən birində aparıcı rol oynayırdı.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?