ABŞ-ın Florida ştatında polis Prezident Donald Trampın malikanəsinin ərazisinə silahla daxil olmuş 3 yeniyetməni saxlayıb. Həmin yeniyetmələr polis təqibindən qaçarkən təsadüfən D.Trampın Mar-a-Laqo malikanəsinə daxil olublar. Qeyd olunur ki, polis helikopterlər vasitəsilə onları aşkar edib. Yeniyetmələrin üzərində olan çantadan AK-47 avtomatı və patronlar aşkar edilib. İnsident baş verən zamanı Prezident və ailəsi malikanədə olmayıb.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?