Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen In koronavirusa yoluxma ehtimalına görə xalqın qarşısına çıxmır. Bunu ölkənin Unifikasiya naziri Kim Yeon-Chul deyib. "Yonhap” agentliyinin xəbərinə görə, parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən nazir Kim Çen In haqqında çıxan əsassız xəbərləri "infodemiya” (yanlış informasiyaların yayılması) adlandırıb. Nazir qeyd edib ki, qeyri-adi işarənin olmadığını söyləməyi mümkün edən kəşfiyyat potensialına sahibdirlər. Qeyd edək ki, aprel ayının əvvəllərində cərrahi əməliyyat keçirən Kim Çen Inın həmin dövrdən bəri ictimaiyyətdə görünməməsi və mətbuatda yer almaması onun öldüyü, yaxud ağır xəstə olduğu haqqında şayiələrə səbəb olub. Xatırladaq ki, dünyanın 210 ölkəsinə yayılan koronavirusun Şimali Koreyada yoluxmaya səbəb olub-olmaması haqqında rəsmi və statistik məlumat yoxdur.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?